Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Pakistanlı küfrə görə ölümə məhkum edildi


Pakistan məhkəməsi küfrə görə 50 yaşlı Muhammad Zulfikarı ölümə məhkum edib.

Zuılfikar 2008-ci ildə həbs olunub. O, küçədə divara Məhəmməd peyğəmbəri təhqir edən fikirlər yazmaqda günahkar bilinib.

Onun vəkili isə məhkəmədə deyib ki, Muhammad Zulfikar ruhi xəstədir, ona görə təqsirkar hesab oluna bilməz.

Pakistanda küfr qanunları çox sərtdir. İnsan haqları qruplarının fikrincə, bu qanunlardan çox vaxt öz rəqiblətini aradan götürmək üçün istifadə edirlər. ABŞ-ın hökumət komissiyası bu yaxınlarda bildirmişdi ki, Pakistanda islamı təhqir ittihamı ilə 14 şəxs ölümə, 19 nəfər isə ömürlük həbsə məhkum olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG