Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

John Kerry İranla danışıqlarda tərəqqi olduğunu, ancaq fikir ayrılığının qaldığını bildirir


ABŞ Dövlət katibi John Kerry deyib ki, İranla nüvə danışıqlarında “yaxşı tərəqqi” olub, ancaq iyulun 20-də bitən vaxta çatdırmaq üçün hələ işləmək lazımdır.

Vyanada İranla 6 super gücün danışıqlarından sonra Kerry deyib ki, bu danışıqlar ağır keçdi və indiyə kimi arada “çox real fərqlər” var.

Ancaq Kerry əmindir ki, qarşıda hələ yol var və hər iki tərəf nəticə əldə etmək üçün yaxşı işləyir.

O bildirib ki, Vaşinqtona qayıdandan sonra prezident Obama və Konqresə İranla uzunmüddətli müqavilənin mümkünlüyü haqda məlumat verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG