Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:16

“Qab-qacağı küçənin ortasında yuyuruq. Maşınlar böyrümüzdən şütüyüb keçirlər”.

Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 90-da yaşayan Məmmədovlar ailəsi təhlükə ilə üz-üzə qalıblar. Ailə üzvləri deyir, tikinti qurbanı olublar. İndi də küçə onlar üçün mətbəxi əvəz edir. Səbəbindən ev sahibi Şamxal Məmmədov danışır:

"NAHARDAN GƏLİB GÖRDÜK, YERLƏ YEKSAN EDİBLƏR"

“Evin qarşısında Bakı şəhər İcra Hakimiyyəti yolun genişləndirilməsi məqsədilə tikinti işləri aparırdı. Bizə söz verdilər ki, mətbəxin yola çıxan yarım metr divarı söküləcək. Burada dağıntı getdiyinə görə nahar etmək üçün qonşuya gedəsi olduq. Qayıdanda gördük ki, mətbəxi, hamamı, ayaqyolunu ekskavatorla yerlə-yeksan edib qaçıblar”.

Ev sahibinin sözlərinə görə, şikayət edəndən sonra onlara sökdüklərinin əvəzinə küçədə “mətbəx” düzəldiblər. Küçənin bir küncünə su çəkərək hələlik mətbəx kimi oradan istifadə etməyi məsləhət görüblər:

“Hamam, ayaqyolu məsələsinə görə isə qonşulara gedirik. Ailədə də nə az, nə çox – düz 11 nəfərik. İndi vəziyyətimizi anladınız yəqin...”

Nərimanov rayon icra hakimiyyətindən bildiriblər ki, təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti aparır. Bu qurumdan isə söküntü-tikinti işlərindən xəbərsiz olduqlarını deyirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG