Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:26

"Mən Umberto Eco-nun belə düşüncə sahibi olduğunu oxuyanda, sadəcə, təəssüf etdim.

-

"Kindle, iPad və iPhone-um var, amma gün boyu internetdə qalmamağa çalışıram".

"İntellektuallar isə durub-oturub ədəbiyyatın ölməsindən şikayətlənirlər. Halbuki insan ətrafında baş verənləri maraqla qarşılamalı, William Blake demişkən, yeniliklərə məsum gözlərlə baxmağı öyrənməlidir".

Populyar Braziliya yazıçısı Paulo Coelho ilə müsahibə

Onun əsərləri 160-dan çox ölkədə çap olunub, 73 dilə çevrilib, dünya üzrə kitabları 140 milyon nüsxədən çox satılıb, Twitter və Facebookda 13,5 milyondan çox izləyicisi var. Amma yenə də onu ciddi yazıçı saymayanlar var...

Umberto Eco ilə bağlı

- E-kitabın ən böyük tərəfdarlarındansınız. Əsərlərinin hamısını Kindle-da oxunacaq formata saldıran ilk Brazilya yazıçısısınız və elektron kitabların pulsuz yüklənilməsini müdafiə etdiyiniz üçün ədəbi aləmdə böyük mübahisələrə səbəb oldunuz. Belə fikirlərinizə görə heç tənqid olundunuzmu?

- Məncə, yazıçılar baş verənləri qavraya bilmirlər və Van Qoq sindromuna yoluxublar: “Mən öləndən sonra insanlar əsl sənətin nə olduğunu görəcəklər” -deyə düşünürlər və çox yanılırlar. Halbuki, gerçəkliklə barışıb, onun qanunlarına

öyrəşmədikcə yaşamaq mümkün deyil. Bir müddət əvvəl “The Guardian” qəzetindən oxuduğum bir reportajda, mənim çox varlı olduğum üçün e-kitabları pulsuz yükləməyi təbliğ etdiyimi söyləyirdilər, halbuki bu tamam yanlışdır.

Yazmağa başlayanda ən çox arzuladığım şey yazdıqlarımın oxunması olub. O vaxt da elektron kitab olsaydı, əlbəttə, onun tərəfdarı olardım.

- Müasir dövrdə rəqəmsal dünya və onun yaratdığı imkanlardan ən çox yararlanan yazarlardan birisiniz. Kitab isə papiruslara köçürülüb, bu yolla tarixdə qalan yazı ənənəsinə əsaslanır. Sizcə, informasiyanın ötürülməsi məsələsində köhnə ənənələrlə yeninin bir yerdə mövcud olması mümkündürmü? Kitabın gələcəyini necə görürsünüz?

- Məncə, gələcəkdə biz həm elektronik dəstəyə sahib olacağıq, həm də sosial şəbəkələrin dəstəyinə, çoxlu yeni yazı üsullarımız olacaq. Amma kitabın varlığına heç vaxt son qoyula bilməz.

Çağdaş yazıçının qarşısında daha böyük imkanlar var, o bu imkanları dəyərləndirməlidir, amma görürük ki, yazıçıların çoxu bu imkanların yanından ötür. Daha doğrusu, bu imkanları ancaq kompyuter aludəçiləri istifadə edir, intellektuallar isə durub-oturub ədəbiyyatın ölməsindən şikayətlənirlər. Halbuki insan ətrafında baş verənləri maraqla qarşılamalı, William Blake demişkən, yeniliklərə məsum gözlərlə baxmağı öyrənməlidir. İlk dəfə tanış olanda dərin bir zövq duyduğum sosial şəbəkələr bu günə qədər də həyatımın əvəzedilməz bir parçasıdır. Deməli köhnə ilə yeni nəinki birlikdə yaşaya bilər, hətta bir-birinin ayrılmaz parçası da ola bilər. Yeni texnologiyalarla söz sənəti birlikdə yaşaya bilər və yaşamalıdır da. Bloq yazılarımda və statuslarımda uşaqlığımdam bu günə qədər yadımda qalan əhvalatlara yer verməyə çalışıram, fikirlərini kütləyə çatdırmağın ən yaxşı yolu budur.

Umberto Eco

Umberto Eco

İndi ədəbiyyat dərin bir forma dəyişikliyi yaşayır. Nüfuzlu, hər kəs tərəfindən qəbul edilmiş intellektualların çoxusu bunu görə bilmir.

Bir müddət əvvəl Umberto Eko müsahibələrinin birində, ilk vaxtlar iPadın əleyhinə olduğunu, alandan sonra isə çox xoşuna gəldiyini demişdi. Mən onun belə düşüncə sahibi olduğunu oxuyanda, sadəcə, təəssüf etdim. Məncə, naməlum olandan qorxmaq, əslində təkcə yeni texnologiyadan deyil, başqa yeniliklərdən də qorxmağı göstərir. Mənim fikrimcə isə biz belə baş sındıran, qarışıq texnologiyalara qarşı açıq olmalıyıq.

"Mən o tənqidçilərə fikir vermirəm!"

- Bu il FLİP-də (Festa Literária Internacional de Paraty – Beynəlxalq Parati Ədəbiyyat Günləri) iştirak edən Amerika yazıçısı Cenifer Eqan tənqidçilərin sizə ədəbiyyat adamı kimi etibar etmədiklərini eşidəndə heyrətlənmişdi. Bunu necə dəyərləndirirsiniz?

- Bunu idda edən kiçicik bir qrup, özü də tənqidçi qrupuna fikir vermirəm. Keçən il FLİP-ə dəvət edilsəm də, iştirak etməməyi üstün tutdum. Halbuki Campus Party-yə (Braziliyanın ən mühüm texnoloji tədbiri) də dəvət edildim və dərhal qəbul etdim. Mənim dünyam belədir. Campus Party kimi yerlər mənim tərzimə uyğundur. Başqa tədbirlər əsla gözümdə aşağı deyil, sadəcə mən zövq aldığım tədbirlərə gedirəm.

- Sosial şəbəkələrdə 14 milyon izləyiciniz var və hər gün onlarla Twitter, yaxud Facebook vasitəsilə əlaqə yaradırsınız. Günün neçə saatını internetdə keçirirsiniz?

- Kindle, iPad və iPhone-um var, amma gün boyu internetdə qalmamağa çalışıram. Məsəlçün, e-mail-imi telefondan yoxlamıram, amma təcili olanda bunu telefonla edə bilməkdən zövq duyuram. Maraq mənim bu dünyaya bağlı qalmağımın ən əsas səbəbidir. İkinci ən mühüm şey isə oxucularımla danışıb, fikir mübadiləsi apara bilmək imkanıdır. İmza günlərində bu çox da mümkün olmur. Ancaq elə günü bu gün də Twitcamdan istifadə edirəm, oxuyucularımı şam yeməyinə dəvət edirəm və bundan böyük zövq alıram.

Çevirdi: Namiq Hüseynli

www.edebiyathaber.net

Günün bütün mövzuları

XS
SM
MD
LG