Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:21

Moskvada metro qəzasında azı 20 adam ölüb


Moskva metrosunda xilasetmə işləri - 15 iyul 2014

Moskva metrosunda xilasetmə işləri - 15 iyul 2014

-

İyulun 15-də Moskva metrosunda qatarın qəfil dayanması nəticəsində 3 vaqon relsdən çıxıb.

Yazı yenilənir. Ən son məlumat yazının əvvəlindədir.

20 ÖLÜ

Moskvada metro qəzasında ölənlərin sayı ən azı 20-dir, yaralananlar isə 100-dən çoxdur.

Fövqəladə Hallar Nazirliyinin sözçüsü bildirib ki, metroda elektrik xətlərində cərəyanın gücü qəflətən artıb. Bu da metro qatarının qəflətən dayanmasına səbəb olub. Nəticədə vaqonlar yoldan çıxıb. Qəza «Slavyanski Bulvar» və «Park Pobedı» stansiyaları arasında olub.

200 sərnişin evakuasiya olunub.

3 VAQON RELSDƏN ÇIXIB

Rəsmilər bildirir ki, metroda qatarın qəfil dayanması nəticəsində 3 vaqon relsdən çıxıb, azı 5 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb.

Rusiya Fövqəladə Hallar naziri Alexander Drobyshevsky deyib ki, nazirliyin vertolyotları yaralıları hadisə yerindən çıxarmağa çalışır. O, hadisəyə cərəyanın artmasının səbəb olduğunu söyləyib.

Moskva Səhiyyə Departamentinin rəhbəri Georgy Golukhov itki sayını təsdiqləyib.

Moskvanın meri Sergei Sobyanin hadisə yerinə gəlib.

İnsident iyulun 15-də səhər tezdən «Park Pobedı» və «Slavyanski Bulvar» metro stansiyaları arasındakı «mavi xət»də baş verib.

İlkin məlumata görə, sürücü əyləci çox bərk basıb.

40-a yaxın təcili yardım maşını gəlib, rəsmilər xəsarətlərin böyük olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG