Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

-

Avropanın Euronews televiziyası xəbər verir ki, Fransanın Kann şəhərinin xüsusi qonağı vardı, bu da Azərbaycan idi. Televiziya Azərbaycanı “Qafqazın incisi” adlandırıb.

Xüsusi tədbirlər arasında televiziya “Azərbaycan - ənənələr və gələcək” sərgisini qeyd edir.

Sərgi 3 hissədən ibarət olub- birinci hissəyə xalçalar, saxsı qablar, musiqi alətləri aiddir. İkinci hissə Nizami Gəncəviyə həsr olunub.

3-cü hissədə isə iki rəssamın – Xalidə Səfərova və Kamil Nəcəfzadənin işləri olub.

Azərbaycanın Dostları Cəmiyyətindən Nathanael Becker deyir ki, bu rəssamlar sovet dövründə sərhədləri adlaya bilərək Fransaya gəliblər və onların işləri Fransaya azərbaycanlı baxışıdır. Əsərlər keçən əsrin 60-cı və 90-cə illərinə aiddir.

Kannda Azərbaycan Günləri italiyalı dizayner Renato Balestranın moda şousu ilə bitib.

Dizayner deyir ki, onun Azərbaycana aid paltar kolleksiyası çox iddialıdır. O, paltarın əsrlər keçdikcə necə dəyişməsi ilə Azərbaycan qadının təkamülünü – kənd qadınından müasir qadına qədər keçdiyi yolu əks etdirib. Dizayner onu da deyir ki, Azərbaycan qadını cəmiyyətdə mühüm rol oynayır.

Euronews sonda onu da qeyd edir ki, Bakıda gələn iyunda Avropa Oyunları keçiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG