Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:49

-

Ukraynanın şərqində çərşənbə axşamına keçən gecə separatçılar hərbçilərin mövqelərini atəşə tutmaqda davam ediblər. İtkilər var, say dəqiqləşdirilir. Bu barədə «İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmitriy Timchuk məlumat verib.

Məlumata görə, Donetsk vilayətində Amvrosiyevka yaxınlığında, Stepanovkada hərbçilərin blokpostları atəşə tutulub. Atəş tank əleyhinə qurğulardan açılıb. Luqansk vilayətində də bir neçə yerdə mövqelərə atəş açılıb.

Rostov vilayətində Rusiya 3 keçid məntəqəsinin işini dayandırıb. FSB-dən verilən məlumata görə, səbəb Ukrayna tərəfdən açılan atəşlərdir.

ATƏT münaqişə zonasında müşahidəçilərin sayını artırmağı vəd edir. Onların pilotsuz təyyarələrin köməyi ilə Rusiya-Ukrayna sərhədini monitorinq edəcəyi gözlənir. Bunu Almaniyanın xarici işlər nazirliyi bildirib.

Öncə Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat verib ki, Moskva «xoş niyyətlə və atəşkəs rejimini gözləmədən» ATƏT müşahidəçilərini sərhəddəki «Donetsk» və «Qukovo» keçid məntəqələrinə dəvət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG