Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:21

-

İranın tənqidçi bloqqeri Mehdi Khazali sağlıq səbəblərindən həbsdən buraxılıb. Khazali milli təhlükəsizliyə qarşı fəaliyyət və rejim əleyhinə təbliğata görə altı illik həbs cəzası almışdı. O, bir ay öncə həbs olunub.

Rəsmi İRNA agentliyi Khazali-nin vəkilinə istinadla yazır ki, 48 yaşlı oftalmoloq aclıq aksiyasına başlayandan sonra xəstəxanaya yerləşdirilib və hakimiyyət qərar verib ki, o, çox xəstə olduğundan həbsxanaya qayıda bilməz.
Tanınmış mühafizəkar ruhaninin oğlu olan Khazali son yeddi ildə bir neçə dəfə tutulub-buraxılıb. O, İranda insan haqları pozuntularını dəfələrlə tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG