Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:40

-

İsrailin təhlükəsizlik kabineti Qəzza sektorunda atəşkəs planını qəbul etməyə razılaşıb. Fələstin lideri Mahmud Abbas da öncə Misirin təşəbbüsünü alqışlayıb.

Ancaq radikal Həmas qrupu hələlik təklifə rəsmi cavab verməyib. Həmasın hərbi qanadı planı «təslimçi» adlandırıb.

Obama Misirin sülh təklifini alqışlayır

ABŞ prezidenti Barack Obama Qəzza zolağında İsraillə Həmas yaraqlıları arasında bir həftəlik ağır döyüşləri dayandırmaq üçün Misirin atəşkəs planını alqışlayıb.

Obama Ağ Evdə ənənəvi iftar tədbirində danışıb. Ümidvar olduğunu bildirib ki, bu plan sakitliyi mümkün qədər tez bərpa edəcək.

ABŞ Dövlət katibi John Kerry iyulun 15-də Misir rəsmiləri ilə danışıqlar aparacaq.

İsrail baş naziri Benjamin Netanyahu bu gün kabinetini toplayıb, sülh təklifini müzakirəyə çıxaracaq.

Fələstin prezidenti Mahmud Abbas təklifi alqışlayıb və onu qəbul etməyə çağırıb.

İsrailin hücumlarında çoxu dinc sakinlər olmaqla azı 180 fələstinli öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG