Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:09

Abituriyentlər ziyarətgahlara axışır...


Arxiv foto
Arxiv foto

-

İyulun 15-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«GƏLMİŞDİZ DƏ, GÖRDÜK» DEYƏNLƏR BUNLARI NİYƏ GÖRMÜR?

«Azadlıq» qəzeti AXCP lideri Əli Kərimlinin facebook statusunu dərc edib. AXCP lideri AXC-nin 1 illik hakimiyyət dövründə gördüyü işləri sadalayıb:

«...Əvvəl istədim ki, 21 ildir AXC-nin 1 illik iqtidarını asıb-kəsənlərə qısaca deyim: «Nə istəyirsiz? Sizin prezident ölkənin qızıl yataqlarını, banklarını, milyardlıq şirkətlərini övladlarına verir, bizim prezident isə təzə ayaqqabı istəyən qızına maaşını almağı gözləməyi məsləhət görürdü». Başa düşən üçün elə bu, kifayətdir axı. Amma yox, başa düşməyənlər də xeylidir. Ona görə də AXC hakimiyyətinin cəmi 1 il ərzində gördüyü işlərdən yazıram. Xüsusilə gənclər üçün».

BANKLAR REAL SEKTORA NİYƏ VƏSAİT AYIRMIR?

«Bizim Yol» yazır ki, bu gün Azərbaycanda kommersiya banklarının kredit portfelində əsas üstünlüyü istehlak kreditləri təşkil edir. İqtisadiyyatın real sektoruna, xüsusilə biznes sahəsinə qoyulan yatırımlara maraq olduqca zəifdir. Hətta bu məsələdə Prezident İlham Əliyev də öz narahatlığını ifadə edib. Dövlət başçısı Nazirlər Kabinetinin sonuncu iclasında bankları qeyri-bərabər kredit siyasəti yürütməkdə qınayıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov «Bizim Yol»a şərhində bildirdi ki, bunun əsas səbəblərindən biri maliyyə məsələsidir: «Bu gün istehlak kreditlərinə tələbat çoxdur, bankların isə kredit portfeli məhduddur. Az olan vəsaitlərini istehlak kreditlərinə yönəltməklə daha asan və daha zəmanətli şəkildə faiz əldə edirlər. Bu kreditlərin faiz dərəcələri dünya təcrübəsi ilə müqayisədə təqribən 4 dəfə yüksəkdir. Hazırda 30-40 faiz arasında effektiv faiz dərəcələri ilə ifadə olunur ki, bu, banklar üçün kifayət qədər yüksək gəlir mənbəyi hesab edilir. Kredit portfeli geniş olduqda əlavə qalan vəsaitləri digər sektorlara yönəldirlər».

DOLMA İNDEKSİ

«Эхо» qəzetinin yazdığına görə, iyulda dolmanın hazırlanmasına 8 manatdan az pul gedəcək.

«İyunda yarpağın qiyməti iki faiz düşüb, kələm də ucuzlaşıb. Qoyun və mal ətinin qiyməti dəyişməyib, mağazanın yerindən çox şey asılıdır. Düyü və yağın qiyməti də sabit qalıb». Bunu echo.az saytına Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin rəhbəri Nəriman Ağayev deyib.

ABİTURİYENTLƏR ZİYARƏTGAHLARA AXIŞIR

«Yeni Müsavat» qəzeti Şüvəlanda yerləşən Ağa Seyid Əli Mirmövsümzadə ziyarətgahından yazı dərc edib. «Qəbul imtahanı ərəfəsi olduğu üçün ziyarətgahda kifayət qədər adam vardı. Onların əksəriyyəti də abituriyentlər idi. Maraqlıdır ki, abituriyentlərin bir qismi ziyarətgahları dolaşmaqla özünü ali məktəbə qəbul olunacağına inandırır. Başımızı bağlayıb içəri daxil oluruq. İçəridə hər kəs müxtəlif cür dualar edirdi. Əksəriyyət də imtahan verəcək olan gənc qızlar idi. Hər kəs fərqli yalvarışlar edirdi. Kimisi ali məktəbə daxil ola bilmək, kimisi isə ailəsindəki problemin həlli üçün dualar edirdi».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG