Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

-

USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub.

Elanın vaxtının müddətinin çox qısa - 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən edildiyi, eləcə də qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunduğu xüsusi vurğulanır.

ABŞ-ın Azərbaycandakı səfirliyindən məsələyə rəsmi münasibət açıqlanıb. Səfirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır:

«Sözügedən layihə barədə məlumatı USAID öz www.grants.gov saytında yerləşdirib. Bu veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək ictimaiyyət üçün açıq olub. USAID normalda etdiyi kimi, bu dəfə də layihəyə dair qrant məlumatlarını yerli media daxil olmaqla, hər bir kəs üçün açıq olan www.grants.gov saytında yerləşdirib. Layihə çərçivəsində bu dəfə heç bir təşkilat qrant udmayıb və ya qazanmayıb. Heç bir təşkilata da hansısa maliyyə ayrılmayıb», deyə səfirlikdən bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG