Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:26

İsmayıllının keçmiş icra başçısı: «Bizimlə bağlı da təyinat olar»


Nizami Ələkbərov
Nizami Ələkbərov

-

İsmayıllı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Ələkbərov «Media forum» saytının suallarını cavablandırıb. O, ötən il İsmayıllıda baş verən hadisələrdən sonra icra başçısı vəzifəsindən azad olunub. Keçmiş icra başçısı deyib ki, gözləyir, «Elə bir işim yoxdur. Gözləyirik, Allahın köməkliyi ilə bizimlə bağlı da bir təyinat olar. Ümid edirəm ki, diqqətdən kənarda qalmayacağıq. Həmişə cənab prezidentə, dövlətimizə xidmət etmişik».

O, İsmayıllıdakı evini satdığını da deyib:

«Əslində mənim evim deyildi. Oğlumun adına idi. Sonra da qalmasına ehtiyac olmadı, satdıq. Söz-söhbət olurdu, ona görə də satdıq».

N. Ələkbərov İsmayıllı sakinlərinə böyük hörmətinin olduğunu da bildirib: «Rayonun bütün kəndlərində dəfələrlə olmuşam, camaatla görüşmüşəm, problemlərini həll etməyə çalışmışam, dərdlərinə şərik olmuşam. Camaatla aramızda hörmət-izzət olub, mehriban olmuşuq. Gərək hadisələr olmayaydı, amma neyləmək olar, oldu».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG