Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:01

Tripoli aeroportunda atışma güclənib


Arxiv foto
Arxiv foto

Liviyanın paytaxtında beynəlxalq aeroportda yaraqlılar arasında atışma güclənib.

Hökumətin sözçüsü deyib ki, aeroportdakı təyyarələrin 90 faizinə ziyan dəyib.

Sözçüyə görə, hökumət ölkədə sabitliyin yaradılması üçün beynəlxalq qüvvələrə müraciət etmək məsələsinə baxır. Aeroporta hücum iyulun 13-də raket zərbəsi ilə başlanıb.

2011-ci ildə Muammar Qaddafi devriləndən sonra aeroporta bir silahlı qrup nəzarət edir. İndi digəri onu devirməyə çalışır.

XS
SM
MD
LG