Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:22

Britaniyanın xarici işlər naziri William Hague deyir ki, dörd il çalışdıqdan sonra vəzifəsindən istefa verir. O, iyulun 14-də bu barədə rəsmi tvitter hesabında yazıb.

1989-cu ildə parlamentə seçilmiş Hague gələn il yerli siyasətdən gedəcəyini də elan edib.

Hazırda hökumətdə kadr dəyişiklikləri gedir. Baş nazir David Cameron gələn ilin mayında keçiriləcək parlament seçkisindən öncə hökumətdə əsas postlarda dəyişikliklər edir. Onun iyulun 15-də bir sıra yeni təyinatları elan edəcəyi gözlənir.

Hague deyib ki, cinsi zorakılığa son qoymaq üçün xüsusi səfir kimi işini davam etdirəcək. O, həmin işi əvvəllər Hollywood aktrisası Angelina Jolie ilə birgə icra edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG