Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Braziliyada BRİCS sammiti açılır


Arxiv foto: BRİCS liderlərinin görüşü
Arxiv foto: BRİCS liderlərinin görüşü

İyulun 15-də Braziliyada BRİCS ölkələrinin üç günlük sammiti başlanır. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika liderləri Fortaleza şəhərində görüşəcəklər. Onlar inkişaf bankı və fövqəladə ehtiyat fonduna sazişlər imzalayacaqlar. Təşkilatın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativ qurumlar yaradacağı gözlənir.

Sammitdən öncə Rusiya prezidenti Vladimir Putin «İtar-Tass»a deyib ki, ABŞ-ın təsirini önləmək üçün inkişaf edən ölkələrin dünyada daha böyük rol oynamasını istəyir. Putin onu da söyləyib ki, BRİCS liderlərinin ABŞ-ın sanksiya hücumlarına qarşı tədbirlər görməsinə çalışacaq. Putinin sözlərinə görə, ABŞ sanksiyalarla onun siyasətinə qarşı çıxanları «qorxudur».

Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiyanın bəzi rəsmilərinə və şirkətlərinə viza qadağaları qoyub, sərvətlərini dondurub. Səbəb Rusiyanın Krımı anneksiya etməsi və Ukraynanın şərqində separatçıları dəstəkləməsidir.

BRİCS ölkələrinin Putini Ukraynaya görə tənqid edəcəyi gözlənilmir.

XS
SM
MD
LG