Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:30

Birləşmiş Ştatlar Rusiyanı Ukraynanın şərqində separatçılara hərbi texnika, tanklar göndərməkdə ittiham edib. ABŞ Dövlət Departamentinin iyulun 14-də yaydığı məlumatda deyilir ki, Vaşinqtonun əlində «Rusiyanın separatçılara yardımı dayandırmasına dair dəlil yoxdur».

«Faktiki olaraq, dəyərləndirməmiz belədir ki, Rusiya onları ağır silahlar, digər hərbi avadanlıq və maliyyə ilə təmin etməkdədir, yaraqlılar isə azad şəkildə Ukraynana daxil olurlar».

Dövlət Departamenti bildirir ki, Moskva Rusiyanın cənub-qərbinə hərbi texnika yerləşdirir. Buraya Rusiya qüvvələrinin artıq istifadə etmədiyi tank növü də daxildir.

«Narahatıq ki, bu avadanlığın çoxu separatçılara göndəriləcək. Eləcə də əminik ki, Rusiya onlara həmin sahədən tanklar və çoxsaylı raket qurğusu göndərib», Departament bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG