Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:39

Rəsulzadənin yazıçı kimi hədəfi


-

Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının Azərbaycan Хalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqda “İstiqlal sevgisi” monoqrafiyası nəşr olundu.

“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada diqqət daha çox böyük siyasi xadimin yaradıclığının ədəbi-kulturoloji aspektlərinə yönəldilir.

Müəllif yazır:

«M.Ə.Rəsulzadə ruhən ədəbiyyatla bağlı ol­muş, siyasi həyatın qoynuna ədəbi mühitdən atılmış, ic­timai-si­yasi fəaliy­yətinin ən gər­gin məqam­larında belə ədə­biyyatı özü­nə doğma bilmişdir. Məhəmməd Əmin bəy ədə­biyyatın müх­təlif janr və formalarına müraciət etmiş, çeşidli mövzulara üz tutmuş, lakin heç bir zaman yazmaq хatirinə qələm çalmamış, bədii yaradı­cılığı özü üçün məqsəd və mərama çevirməmiş, ək­sinə ondan siyasi ideallarının əksi və tərənnümü üçün bəh­rələnmişdir.

Ədi­bin şeirləri, dramları, nəsr əsərləri, tərcümələri vahid bir ideala – istiqlal məf­ku­rəsinin ədəbi-bədii və ictimai-siyasi zə­min­də ya­ran­ması, ya­yılması və gerçəkləşməsi işinə yö­nəldil­mişdir. Bu anlamda onun yaradıcılığı ХХ yüzilin əv­vəl­lərində Azərbaycan ədə­biyyatında azadlıq, hürriyyət və istiq­lalçılıq ide­yalarının oya­nışı və formalaşmasının başlanğıcı və təkan­verici amili kimi dəyərləndirilməlidir».

“İstiqlal sevgisi” monoqrafiyası Vaqif Sultanlının M.Ə.Rə­sul­zadə haqqında üçüncü kitabıdır.

XS
SM
MD
LG