Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 17:15

Adidas "Manchester United" klubuna 10 ilə 1,3 milyard dollar verəcək


İngiltərənin Manchester United klubu Almaniyanın Addias şirkəti ilə 1,3 milyard dollarlıq sponsorluq müqaviləsi imzalayıb.

İdman malları istehsal edən Adidas 10 il ərzində hər il Manchester United klubuna 130 milyon dollar pul verəcək.

Hazırda klubun 13 illik sponsorluq müqaviləsi ABŞ-ın Nike şirkəti ilədir və müqavilənin vaxtı gələn il başa çatır. Nike müqaviləni uzatmır və hesab edir ki, bu, sərfəli deyil.

Adidas hazırda hər il Real Madrid və Chelsea klublarına 50 milyon dollar verir.

XS
SM
MD
LG