Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:43

Gizli nömrədən zəng: «Ərinin vəziyyəti pisdir...»


Foto: Arxiv
Foto: Arxiv

-

«Üç gün əvvəl gizli nömrədən zəng gəldi. Kimsə «Ərini «kars»a salıblar, vəziyyəti pisdir»- deyib telefonu qapatdı».

Bunu AzadlıqRadiosuna 12 saylı həbsxanadakı məhbus Ceyhun Hüseynovun xanımı Esmira Hüseynova söyləyir. O bildirir ki, əri digər məhbuslarla birgə prezidentə şikayət yazandan sonra həbsxana rəhbərliyi onlara təzyiq göstərir:

«HƏTTA PREZİDENTƏ YAZMIŞAM»

«Ceyhunla son dəfə fevralda görüşmüşəm. Elə pis döyülmüşdü ki, üzündəki yaralardan onu tanımadım. Onunla telefonla son danışığım bir həftə əvvəl olub. Yenə onu incitdiklərini, prezidentə yazılan şikayətdəki imzsını geri götürməsini tələb etdiklərini dedi. Üç gün əvvəlsə gizli nömrədən mənə zəng gəldi. Bildirdilər ki, ərimi «kars»a salıblar, vəziyyəti pisdir. Məsələ ilə bağlı çox yerə müraciət etmişəm, hətta prezidentə də yazmışam».

AzadlıqRadiosunun yazılı sorgusuna Penitensiar Xidmətin cavabında məsələ ilə bağlı müvafiq qurumlara şikayət ünvanlamağın mümkünlüyü bildirilib:

PENİTENSİAR XİDMƏTİN CAVABI

«Belə hallarla qarşılaşdıqda cəza çəkənlərin ailə üzvləri və yaxınlarına bütün aidiyyəti qurumlara və eləcə də Penitensiar xidmətin Baş İdarəsinə müraciət etmələri üçün tam şərait yaradılıb. Xidmət rəhbərliyi belə müraciətlətləri araşdıraraq şikayətçiyə məlumat verir».

Ötən ay Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsindəki bir qrup məhbus dövlət başçısı İlham Əliyev başda olmaqla bir sıra vəzifəli şəxslərə müraciət edib. Məhbuslar şikayətdə həbsxana rəhbərliyinə qarşı bir sıra ittihamlar irəli sürüb. Onlar həbsxanada korrupsiya, özbaşınalıq, işgəncə faktlarını, narkotik maddə satışının olmasını və müxtəlif xidmətlərin qiymətlərini açıqlayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG