Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:59

Poroshenko Rusiya zabitlərinin döyüşlərdə iştirak etdiyini deyir


Ukrayna prezidenti Petro Poroshenko Rusiya zabitlərinin Ukraynada vuruşduğunu bildirib və deyib ki, Rusiyanın müasir raket sistemləri hökumət qoşunlarına qarşı istifadə olunur.

Poroshenko iyulun 14-də təhlükəsizlik rəhbərləri ilə fövqəladə iclasda deyib: “Rusiyanın qərargah zabitlərinin Ukrayna hərbçilərinə qarşı hərbi əməliyyatda iştirakı informasiyası təsdiq olunur”.

Poroshenkonun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın müasir raket sistemlərinin atəşi altındadır və ordu öz taktikasını dəyişir.

Ukraynanın Milli və Təhlükəsizlik Şurasının sözçüsü Andriy Lysenko isə deyib ki, son 24 saatda sərhəd böyu Sumy və Luhansk keçid məntəqlərində Rusiyanın hərbi birləşmələrinin və hərbi texnikanın cəmləşməsi müşahidə olunur.

XS
SM
MD
LG