Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:41

İranda 8 gənci Facebook fəaliyyətinə görə 21 iləcən həbsə məhkum ediblər


Facebookda hicab əleyhinə
Facebookda hicab əleyhinə

İranın inqilabi məhkəməsi 8 gənci 11 ildən 21 ilə kimi həbsə məhkum edib. Onlar bu cəzalarını Facebookda rejim əleyhinə material yerləşdirməyə görə alıblar.

Adı çəkilməyən bu gənclər milli təhlükəsizlik əleyhinə fəalyyət , rejim əleyhinə təbliğat, dini dəyərləri və dini liderləri təhqir ittihamı ilə həbsə məhkum olunublar.

Iran prezidenti Hasan Rouhani mədəniyyət, sosial, media məsələlərində tolerantlığa söz verir, ancaq hüquq-mühafizə orqanları mühafizəkar qüvvələrin əlindədir.

XS
SM
MD
LG