Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:01

Gulnara Karimovanın iki yaxın tərəfdaşı həbsə məhkum olunub


 Gulnara Karimova

Gulnara Karimova

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gulnara Karimovanın iki yaxın tərəfdaşı müxtəlif həbs cəzalarına məhkum olunub. Azadlıq Radiosunun özbək xidmətinin müxtəlif adı çəkilməyən mənbələrə istinadən məlumatına görə, Kərimovanın sevgilisi hesab olunan özbək iş adamı Rustam Madumarov 6 il yarım həbs cəzası alıb. Karimovanın digər yaxın tərəfdaşı Gayane Avakian 6 il həbsə məhkum olunub.

Onların hər ikisi pul yumada və dələduzluqda günahkar bilinib.

Ancaq onların məhkum olunmasının rəsmi təsdiqi hələ yoxdur. Bu şəxslərin hər ikisi mart ayında həbs olunub. Onlar qanunsuz biznes fəaliyyətində, vergidən yayınmada, dələduzluqda ittiham olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG