Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

İlk dəfə olaraq hekayəsini tvitləyir


David Mitchell

David Mitchell

-

Tanınmış ingilis yazıçısı David Mitchell öz yeni hekayəsini Twitter-də anlatmağa başlayıb. Yəni hissə-hissə tvitləyir.

Yazıçı bundan ötrü ayrıca Twitter hesabı da açıb: @david_mitchell.

Twitter-də postlar maksimum 140 işarə ola bilər. Yazıçı hekayəsini 1 həftəyə paylaşıb qurtarmaq istəyir. (Təxminən 280 tvitə) Mitchell gün ərzində iki dəfə bu işlə məşğul olacaq - səhər saat 7 və axşam saat 5 radələrində. Hər dəfə 20-cən tvit edəcək.

Hekayə anasının Valium dərmanlarını (sakitləşdirici) içən oğlan haqqındadır. Bu ona imkan verir ki, ətrafda baş verən qarmaqarışıq hadisələrin, səs-küyün təsirindən xilas olub aydın düşünsün. Hekayə də elə oğlanın düşüncələrindən ibarətdir.

Mitchell deyir ki, Twitter-də hekayə anlatmaq zərurəti gərək hekayənin öz məzmunundan doğsun, bunu zorən, yenilik xatirinə etmək olmaz. O ümid edir ki, paylaşmaq istədiyi hekayə bu baxımdan məhz Twitter-likdir. Oğlanın düşüncələri hissə-hissə paylaşılacaq.

Yazıçı hesab edir ki, hekayənin paylaşılan hər bir hissəsi həm də bitkin bir fikri ifadə etməlidir, məsələn, hayku (3 misralıq yapon şeiri) kimi.

Bundan əvvəl Jennifer Egan, Neil Gaiman və Philip Pullman kimi yazıçılar da hekayələrini sosial mediada paylaşmağı təcrübədən keçirmişdilər.

Onlar artıq Twitter nəsr festivalı keçirmək ideyası da irəli sürüblər.

“The Guardian”a istinadla Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG