Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:50

-

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyədən dəvət alıb.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, dəvət məktubu Türkiyə Cümhuriyyəti Antaliya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilib.

Aktrisa və yazar Pərvin Ünalpın «Gec qalanlar» əsəri əsasında hazırlanacaq tamaşanın məşqinə avqustun 10–dan sonra başlanacaq.

Yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqustun əvvəllərində Türkiyəyə yola düşəcək.

30 illik tarixə malik Antaliya Böyükşəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivallarda iştirak edib.

Teatrın mətbuat xidməti ümid edir ki, bu əməkdaşlıq hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin mədəni səviyyədə möhkəmlənməsini təmin edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG