Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:38

6 aya 16,9 milyard manatlıq məhsul istehsal edilib


Dövlət Statistika Komitəsi sənaye sektorunun fəaliyyəti haqda statistikanı açıqlayıb. Bu ilin 6 ayında təsərrüfat subyektləri 16,9 milyard manatlıq məhsul istehsal edib.

Məlumata əsasən, sənaye məhsulunun 72,9 %-ni neft-qaz sektoru tutur, mədənçıxarma sahəsində 21,2 milyon ton neft, 9,1 milyard kub metr təbii qaz və digər məhsullar hasil edilib.

İstehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1 %-ni təşkil edib. Qida, geyim, ağac emalı, tütün və ağacdan məmulatların istehsalında da artım müşahidə olunub.

Sənayenin qeyri-neft sektorunda istehsalın həcmi əvvəlki ilin yanvar-iyuna nisbətən 4,2 % artıb, neft-qaz sektorunda 3,4 % azalıb.

Ümumi sənaye istehsalının 93,4 %-i malların (əmtəələrin), 6,6 %-i sənaye xarakterli xidmətlərin payına düşüb. Məhsulun 80,3 %-i özəl sektorda istehsal olunub.

XS
SM
MD
LG