Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:11

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb. Onlar iyulun 14-dən 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidməti məlumat verib.

Abituriyentlər qeydiyyat üçün gərəkli sənədlərin siyahısını daxil olduqları orta ixtisas təhsili müəssisələrindən öyrənə bilərlər.

TQDK bildirir ki, göstərilən müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcək.

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul iyunun 29-da keçirilib. İmtahanda iştirak etmək üçün 14 min 923 abituriyent ərizə təqdim etmişdi. Onlardan 5 min 459 nəfərini oğlanlar, 9 min 464 nəfərini qızlar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG