Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

Ukraynanın konsulu təcridxanada təyyarəçi ilə görüşəcək


Ukraynalı təyyarəçi Nadejda Savchenko

Ukraynalı təyyarəçi Nadejda Savchenko

-

Ukraynanın Rusiyada konsulu Gennadiy Breskalenko bu gün Voronej təcridxanasında saxlanan ukraynalı təyyarəçi Nadejda Savchenko ilə görüşməyə cəhd göstərəcək.

Vəkili Mark Feyqin də yaxınlarda Savchenko ilə görüşmək niyyətindədir. Təyyarəçinin azadlığa çıxma perspektivlərinə toxunan Feyqin deyib ki, bu məsələ məhkəmə ilə deyil, «ən yuxarı səviyyədə» həll olunur. Hətta məhkəmə ittihamedici hökm çıxarsa, vəkillər onun cəzasını Ukraynada çəkməsinə nail ola bilərlər. Feyqin və hüquq müdafiəçiləri beynəlxalq təzyiqə ümid bəsləyir.

Rusiyada Savchenko-nu rusiyalı jurnalistlərin qətli ilə bağlılıqda ittiham edirlər. Rusiya Təhqiqat Komitəsinin məlumatına görə, iyunun 17-də Luqansk döyüşləri zamanı təyyarəçi Rusiya çəkiliş qrupunun koordinatlarını öyrənib və öz komandirlərinə ötürüb. Nəticədə minomyot atəşindən səs operatoru Anton Voloshin və müxbir İqor Kornelyuk həlak olub.

Təhqiqata görə, Savchenko Rusiyaya qanunsuz, qaçqın adı ilə girib. Ukrayna hakimiyyəti isə onu separatçıların tutduğunu, Rusiyaya ötürdüyünü bildirir.

Ukraynada Nadejda Savchenko-nun oğurlanması üzrə cinayət işi açılıb.

XS
SM
MD
LG