Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:16

Dörd ay əvvəl doğuş zamanı əkiz körpələrini itirən ana vəfat edib


Cəlilabad sakini doğuşdan dörd ay sonra vəfat edib.

Mərhumun yaxınlarının APA-ya verdiyi məlumata görə, xəstə ötən gün böyrək çatışmazlığından Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Martın 18-də Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub.

G.Şəmiyevada doğuşdan sonra böyrək çatışmazlığı yaranıb.

XS
SM
MD
LG