Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28

-

İyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hüquq müdafiəçisi Həsən Hüseynlinin məhkəməsi keçirilir. Bu gün QHT rəhbərinin son sözlə çıxış edəcəyi bildirilir.

Həsən Hüseynli 2014-cü il martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda günahlandırılır. Polisdə 48 saat saxlanan Həsən Hüseynli daha sonra müstəntiqin qərarına əsasən, polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli ictimai fəaliyyətinə görə saxlandığını düşünür.

Onun rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi Azərbaycanın Qərb bölgəsində açıq cəmiyyət ideyalarını yaymağı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyi özünə məqsəd bilir.

Mərkəz gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsini hədəfləyən layihələr gerçəkləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG