Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:55

-

Ukraynanın daxili işlər naziri Arsen Avakov bugünkü Maydanı «FSB və kiçik partiyaların layihəsi» adlandırıb.

«Hazırda Maydanda baş verənlər onun ideyasının gözdən salınması, Ukraynanın pərakəndə satılmasıdır», Avakov Ukraynanın TSN kanalına deyib. O, Kiyevdə Müstəqillik meydanını tərk etmək istəməyənləri «silah götürüb cəbhəyə getməyə» çağırıb.

Kiyevin mərkəzində çadırlar ötən ilin noyabrında avrointqerasiya tərəfdarları tərəfindən salınıb. Hakimiyyət dəfələrlə onları mərkəzi boşaltmağa çağırıb, ancaq fəallar imtina ediblər.

Ötən həftə Ukrayna Baş prokuroru Vitaliy Yarema Daxili İşlər, Təhlükəsizlik Xidmətinə müraciət edib, rəhbərliyi Kiyevin mərkəzində tutulmuş administrativ binaların boşaldılması üçün tədbir görməyə çağırıb. O, fəallar könüllü tərk etməsə, çadır şəhərciyinin söküləcəyini istisna etməyib. Yarema təslim olmayanları cinayət təqibiylə ittiham edib.

UKRAYNA XƏBƏRLƏRİNİ BİZİM CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG