Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57

-

Ukrayna hərbçiləri sürəkli döyüşlərdən sonra Luqansk aeroportunu separatçılardan azad ediblər. Bu barədə prezident Petro Poroshenko-nun rəsmi facebook səhifəsində məlumat verilir. 3 hərbçi yaralanıb.

Bazar günü Beloye, Aleksandrovsk, Sutoqan və Roskoşnoye qəsəbələri də azad olunub. Poreçye, Qonçarovka və Uralo-Kavkaz qəsəbələri ərazisində hərbçilərlə yaraqlılar arasında kəskin döyüşlər gedib. Bunu «İnformator» saytı yerli sakinlərə istinadla yazıb. Ukrayna ordusu Krasnodon şəhərinin sərhədlə əlaqəsini kəsməyə çalışır. İzvarino rayonunda da döyüşlər gedir. Bunu isə RİA-Novosti separatçıların tvitinə istinadla xəbərləyir.

Ukrayna ordusu Luqanskın mərkəzinə hücuma hazırdırlar. Ukrayna sərhəd xidmətindəki mənbələr separatçıların Luqanskdan Rusiya ərazisinə kütləvi keçdiyini təsdiqləyirlər.

Luqansk sakinləri separatçıların Kamennıy Brod və Bolşaya Verqunka rayonlarını qrad qurğularından və minomyotlardan atəşə tutduğunu bildirir.

Luqanskda altı rayonda elektrik, su yoxdur. Rabitədə də fasilələr yaranır. Mağazalar işləyir, ancaq ərzaq məhsullarının çatdırılması çətinləşib. Nəqliyyatın da sayı azalıb. Şəhər faktiki olaraq yaraqlıların tam nəzarətindədir. Perinatal mərkəzin damında snayperlər işləyir. Bu barədə UNİAN-a yerli sakin, Ukrayna ictimai fəalı Dmitriy Snegirev məlumat verib.

UKRAYNA XƏBƏRLƏRİNİ BİZİM CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG