Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:35

Rusiya Ukraynanı «qarşısıalınmaz nəticələrlə» hədələyib. Səbəb Ukraynadan atıldığı iddia olunan mərmidən Rusiyada bir nəfərin ölməsidir. Kremlin sözçüsünün sözlərinə görə, Prezident Vladimir Putin hadisədən «dərin narahatlıq» bildirib.

Kiyev sərhəddən atəş açmadığını deyir, iddiaları «tam cəfəngiyat» adlandırıb.

Ukrayna rəsmiləri rusiyayönlü separatçıların məsuliyyət daşıması ehtimalını irəli sürüb, belə ki, onların niyyəti Moskvanın müdaxiləsini qazanmaq ola bilər. Yaraqlılar bunu yalanlayır.

Ukrayna prezidenti Petro Poroshenko Rusiya qüvvələrini sərhədi keçməkdə və Ukrayna hərbçilərinə hücumda suçlayıb. Öncə 100 zirehli və yük maşınından ibarət karvanın Rusiyadan Ukraynaya keçdiyi barədə məlumat yayılıb. Məlumatı «anti-terror əməliyyat qrupu» yayıb. Ordu karvanı dağıtdığını desə də, bunu müstəqil mənbədən təsdiqlətmək mümkün olmayıb.

Putin və Almaniyanın kansleri Angela Merkel Ukraynanın şərqində durumun «pisləşdiyini» deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG