Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

Dünya liderlərinin İranın nüvə məsələsi ilə bağlı danışıqlarında irəliləyiş olmayıb. Ötən gün ABŞ dövlət katibi John Kerry, Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri Vyanaya gələrək, İrana əsas məsələlərdə güzəştə getməsi üçün təzyiq göstərməyə çalışıblar. Hərçənd avropalı nazirlər görüşlərdən sonra irəliləyiş olmadığını bildiriblər. Kerry-nin iranlı həmkarı Mohammad Javad Zarif-lə danışıqları iyunun 14-də də davam edəcəyi gözlənilir.

Britaniya rəsmisi William Hague bildirib ki, «həlledici irəliləyiş» yoxdur və uranın zənginləşdirilməsi ilə bağlı əsas məsələlərdə hələ də «dərin fikir ayrılığı» qalır.

6 güc dövləti, həmçinin Rusiya və Çin İranın nüvə silahı hazırlaya biləcəyindən uranı zənginləşdirməyi azaltmasını istəyir, İran isə əksinə artırmağa can atır. Fikir ayrılıqlarının həlli üçün 20 iyul son tarix təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG