Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

-

İyulun 13-də 2000-ci il təvəllüdlü Maşalla Dövlət oğlu Ağatağıyev Abşeron rayonu ərazisində dənizdə («Fatmayi» sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

FHN-in yaydığı məlumata görə, Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. M. Ağatağıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

DAHA 4 NƏFƏR XİLAS EDİLİB

Ötən gün həm də Suraxanı, Sabunçu rayonlarında və Sumqayıt şəhərində 4 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Onların da FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilərək, aidiyyəti üzrə təhvil verildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG