Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

.

İyulun 13-də Tbilisidə Gürcüstanın keçmiş prezidenti və SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Shevardnadzenin dəfn mərasimi keçirilib.

Dəfn mərasimində 28 ölkədən rəsmi nümayəndə iştirak edib. Onların arasında Rusiyadan qonaqlar olmayıb.

ABŞ-ı keçmiş dövlət katibi James Bayker, Almaniyanı keçmiş xarici işlər naziri Hans- Dietrich Genscher təmsil edib. Genscher deyib ki, dəfn mərasimində iştirak etməyi ondan şəxsən Almaniyanın kansleri Angela Merkel xahiş edib.

Mərasimdə Bakını Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Müqəddəs Troitsa kafedral kilsəsində dua oxunub. Eduard Shevardnadze son illər yaşadığı hökumət iqamətgahının həyətində, həyat yoldaşının yanında dəfn edilib.

Eduard Shevardnadze bu il iyulun 7-də 86 yaşında Tbilisidə vəfat edib.

1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalışıb.

1995-2003-cü illərdə Gürcüstan prezidenti olub.

30 il Shevardnadze Gürcüstana rəhbərlik etmiş 2003-cü ildə baş verən «Qızılgül inqilabı» zamanı istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG