Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:20

Döşəmələri ev sahiblərini utandıran bina...


Arxiv fotosu
Arxiv fotosu

“İki əsrlik binadır. Nə divarları divardır, nə döşəməsi döşəmə, nə də tavanı tavan... Bir gecə uçacaq, qalacağıq daş-kəsəyin altında...”

Sabunçu rayonu, Ələsgərov küçəsində qədim, ikimərtəbəli, ümumi yaşayış tipli binanın sakinləri bu evdə həyatlarını təhlükədə hiss edirlər. Demələrinə görə, imkanları bəzi xırda-para təmir-bərpa işləri görməyə çatır. Ancaq bina elə vəziyyətdədir ki, sökülüb yenidən tikilməlidir.

"KEÇƏN İL YANĞIN OLMUŞDU"

Şəfiqə Əliyeva:

“Döşəmələr sınıq-sınıqdır, qonaq gəlir, ayağı düşür döşəmənin arasına, adam qonaq yanında utanır. Dəfələrlə ayağım döşəmənin arasına girib, burxulub. Divarlar o vaxt zəlzələnin təsirindən aralandı. Eyvanlarda ümumiyyətlə, gəzməyə qorxuruq. Tavanlarımız deşik-deşikdir, yağış yağanda su evə dolur”.

Bu ünvanda sakinlərin əsəblərini tarıma çəkən səbəblərdən biri də kommunal xətlərin bərbad vəziyyətidir.

Elşən Qulamov:

“Tikilinin 187 yaşı var. İşıq, qaz xətləri də qəzalı vəziyyətdədir. İşıq zətlərində tez-tez qısaqapanma olur. Bu yaxınlarda alışdı, yandı. Qonşular yığışıb söndürdülər. Hər günümüz təhlükədir”.

"DİVARA RƏNG ÇƏKMƏKLƏ İŞ BİTMİR"

Elza Rəhimova:

“Hərə öz evini birtəhər abıra salır. Ancaq bu, yetərli deyil. Şəxsən mən təqaüdçüyəm, başqa gəlirim yoxdur. Cüzi təqaüdlə hansı təmir işini görə bilərəm? Uzaqbaşı, divara bir qab rəng alıb çəkə bilərəm. Bununla iş bitmir. Bu bina sökülməlidir, yenisi tikilməlidir. Ya da bizə başqa yerdə ev verilsin, köçək gedək”.

Sabunçu rayon İcra Hakimiyyətinin 69 saylı Mənzil Kommunal Sahəsindən “Qaynar xətt”ə bildiriblər ki, 1 il əvvəl həmin binanın bir hissəsi təmir olunub. İndi qalan hissəsinin təmir olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentinə məktub göndərilib. Məktub əsasında vəsait ayrılmalıdır ki, təmir işləri davam etdirilsin.

XS
SM
MD
LG