Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

İraqda azı 255 sünni məhbus öldürülüb


Arxiv fotosu. İraqda məhbus səs verərkən.

Arxiv fotosu. İraqda məhbus səs verərkən.

İraqda təhlükəsizlik qüvvələri iyulun 9-dan bu yana azı 255 məhbusu öldürüb.

Bu haqda beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch təşkilatının açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, məhbusların öldürülməsi İraq Şam İslam Dövləti (İŞİD) hücumlarına qarşı edilib.

Human Rights Watch öldürülənlərin hamısının sünni olduğunu, onları öldürən təhlükəsizlik qüvvələri əməkdaşlarının isə şiə olduqlarını bildirib.

Təşkilat bildirib ki, bu ölümlər müharibə cinayətləri, ya da bəşəriyyətə qarşı cinayətlər kimi qiymətləndiriləcək.

İraq Şam İslam Dövləti (İŞİD) iyun ayında Mosul başda olmaqla İraqın bir hissəsini nəzarət altına alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG