Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:37

İsrail ordusu Qəzzaya girir [Fotolar]


İsrail əsgərləri Qəzzaya doğru hərəkət edirlər. 12 iyul 2014
İsrail əsgərləri Qəzzaya doğru hərəkət edirlər. 12 iyul 2014

-

İyulun 12-də Qəzza Sahilində İsrail əsgərləri ilə Həmas arasında döyüş başlayıb. Bu, İsrailin hava fələstin ərazilərinə bombardmanlarından sonra il quru həmləsidir.

İsrail ordusu Qəzzanın şimalında raket buraxan qurğunu məhv edərkən 4 əsgərinin yüngül yaralandığını bildirir. Rəsmilər Qəzzanın şimalında İsrailə raket atılan bütün ünvanların dağıdılacağını bildirir.

İsrailin təyyarələrinin 6 gündür davam edən bombardmanlarında 149 nəfər həlak olub. Fələstin rəsmiləri onların çoxunun mülki şəxslər olduqlarını deyirlər. Dünən gecə bombardmanda bir ana və onun 3 yaşlı uşağı, 2 əlil qadın həlak olub.

BMT Təhlükəsizlik Şurası dərhal atəşkəsə çağırıb. Amma nə İsrail ordusu, nə də Həmasın nəzarətində olan Qəzzadan bu çağırışa reaksiya verən yoxdur.

Qəzzadan atılan raketlərdən isə İsraildə 8 nəfər xəsarət alıb. Həmçinin İsrail rəsmiləri paytaxt Təl-Əvivdəki beynəlxalq hava limanına raket hücumları təhlükəsi aldıqlarını deyirlər.

İsmayil Haniyehin bacısı oğlu da öldürülüb

6 gündür 1600 hədəfi vuran İsrail ordusu dünən Qəzzada Fələstinin keçmiş baş naziri İsmayil Haniyehin bacısının evi də vurub.

Aralarında Haniyehin bacısı oğlu Nadal Muhammed Ebu el-Meleshin də olduğu 6 fələstinli öldürülüb.

İsrail dünənki hərbi əməliyyatlarda xəstələrin bərpası mərkəzini və Qəzzada əməliyyat mərkəzi kimi istifadə edildiyini bildirdiyi məscidi də vurub.

Ordu Twitterdən “Həmas-ın raketlərinin anbarı və silahlıların toplanma yeri kimi istifadə olunan məscidi vurduq” yazıb.

Qəzzada İsrail bombardmanında dağılmış evi sakinlər axtarırlar. 12 iyul 2014
Qəzzada İsrail bombardmanında dağılmış evi sakinlər axtarırlar. 12 iyul 2014

Qəzzada İsrail təyyarələrinin dağıtdıqları məscidin qalıqları, 12 iyul 2014
Qəzzada İsrail təyyarələrinin dağıtdıqları məscidin qalıqları, 12 iyul 2014

İsrail əsgərləri Qəzzaya doğru hərəkət edirlər. 12 iyul 2014
İsrail əsgərləri Qəzzaya doğru hərəkət edirlər. 12 iyul 2014

İsrail ordusunun piyada birlikləri Qəzza Sahili yaxınlığında. 12 iyul 2014
İsrail ordusunun piyada birlikləri Qəzza Sahili yaxınlığında. 12 iyul 2014

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG