Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:47

Nazirlikdə kollegiya iclası: yeni rəqəmlər açıqlandı


Ramil Usubov
Ramil Usubov

-

Son 10 ildə ölkə əhalisinin hər 100 min nəfərinə düşən cinayətin sayı 231 fakt təşkil edir.

Bu ilin ilk yarısında 12 min 231 cinayət qeydə alınıb. Cinayətlərin üstünün açılması 80% təşkil edib. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin üstünün açılması isə 71%-ə yüksəlib.

Bu rəqəmlər Daxili İşlər Nazirliyinin (DİN) bu ilin ilk yarısında cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təşkili ilə bağlı kollegiya iclasında səslənib.

İclasda bildirilib ki, müxtəlif cinayətlər törədən 4461 və xüsusilə ağır cinayətlərə görə 1037 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. İstintaq və ya məhkəmədən yayınan 1125 nəfər yenidən saxlanılıb.

Narkotrafik və insan alverinə qarşı tədbirlər çərçivəsində 1743 cinayət müəyyən edilib. 90 nəfərdən ibarət 27 cinayətkar qrup ələ keçirilib, 373 kq qanunsuz narkotik vəsait aşkarlanıb.

İnsan alveri ilə bağlı 50 cinayət aşkar edilib. Hesabat dövründə daxili işlər orqanları tərəfindən inzibati xətalara görə 619 min 148 protokol tərtib edilib, nəticədə 573 min 696 nəfər cərimələnib.

İclasda ölkədə dini radikalizmə qarşı qəti mübarizə aparıldığı vurğulanıb. Bildirilib ki, tolerantlıq baxımından hər zaman dünya ölkələrinə nümunə olan Azərbaycanda dini radikalizmin təzahürlərinə qarşı maarifləndirmə işləri aparılır.

XS
SM
MD
LG