-
İyulun 13-də paytaxtın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
«Azəriqaz» İstehsalat Birliyindən ANS-ə verilən məlumata görə, qaz nəqli sistemində təmir-bərpa və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan 18:00-dək Səbail, Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.