Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Qazıntı, tikinti işləri üç küçənin sakinlərini ev-eşikdən uzaq salıb


Tikinti ərazisi
Tikinti ərazisi

-

“Xahiş edirik, gündüzlər işləsinlər, saat 8-də işi dayandırsınlar. Şənbə-bazar günləri ümumiyyətlə işləməsinlər. İmkan versinlər, öz evimizdə insan kimi yaşayaq”.

Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva, D.Əliyeva və 28 may küçələrinin sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edirlər ki, uzun müddətdir yaşadıqları binaların 15-20 metrliyində gec saatlarında aparılan tikinti, qazıntı işləri rahatlıqlarını pozur. Dəfələrlə DİN “102” xidmətinə, Prezident Administrasiyasına, yerli icra hakimiyyətinə müraciət etsələr də, nəticəsi olmayıb. Sakinlərin sözlərinə görə, bu ərazilərdə tikinti aparan “Kursus” MMC və digər şirkətlər axşam saat 8-dən səhər saat 7-dək ağır tonajlı texnikalarla qazma, tikinti işləri aparmaqla ətraf binalarda yaşayanların yuxularına haram qatırlar.

"DEYİRLƏR, TİKİNTİYƏ MÜDAXİLƏ EDƏ BİLMƏRİK"

Ərazidə yaşayan sakinlərdən biri Əminə Axundova:

“Dəfələrlə “102”-yə zəng etmişik, açıq şəkildə bildirirlər ki, tikintiyə müdaxilə edə bilmirlər. Bu vaxta qədər heç bir məsul şəxslə danışa, bu biyabırçılığın qarşısını ala bilməmişik. Özbaşınalıq nə vaxta qədər davam edəcək, heç kəsə maraqlı və məlum deyil”.

Şikayətçi bildirir ki, ərazi üzrə sahə müvəkkili sakinlərə iş vaxtından sonra ərazidə qazıntı, tikinti işləri aparılması, insanların rahatlığının pozulması ilə bağlı protokol yazacağını söz verib, ancaq əməl etməyib.

Tikinti ərazisində olarkən yalnız fəhlələr gözə dəyib və məsələyə münasibət bildirməyiblər.

Nəsimi polisindən bildirilib ki, qeyd olunan ünvanda gec saatlarında aparılan işlərlə bağlı sakinlərin şikayətlərinə əsasən əvvəllər bir dəfə protokol tətbiq olunub və işi aparan şirkətə xəbərdarlıq olunub. Polis məsələyə bir daha qayıdacağını vəd edir.

İndi sakinlərin çoxu istirahətin və yuxunun dadını çoxdan unutduqları evlərindən kənarda yaşayan qohum-əqrəba evinə köç edib. Ərazidə rahatlıq yaranacağı və evlərinə dönəcəyi günü gözləməkdədilər.

Son çarə kimi isə prezidentə müraciət ediblər.

XS
SM
MD
LG