Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:18

Türkiyənin baş naziri Erdogan iyulun 11-də deyib ki, o, prezident seçilsə, konstitusiyanı dəyişəcək.

Erdogan hesab edir ki, köhnə Türkiyə keçmişdə qalır və Türkiyəyə yeni konstitusiya lazımdır.

Yeni konstitusiya Türkiyə prezidentinə geniş səlahiyyət verə bilər, hazırda isə prezident vəzifəsi daha çox mərasim səciyyəsi daşıyır.

Erdogan 2023-cü ilə kimi Türkiyə qarşısında 4 məqsəd qoyub: demokartiyanın inkişafI, siyasətin və cəmiyyətin normallaşması, sosial rifahın yaxşılaşdırılması və Türkiyənin dünyada ən böyük 10 iqtisadiyyatdan birinə çevrilməsi.

2023-cü il isə ona görə seçilib ki, həmin il müasir Türkiyə respublikasının 100 illiyidir.

Türkiyədə prezident seçkiləri avqustun 10-da olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG