Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

Ordu bildirir ki, Ukraynada raket hücumunda 30 yox, 19 əsgər həlak olub


Ukraynanın müdafiə nazirliyi bildirir ki, rusiyapırıst yaraqlıların raket hücumunda 30 yox, 19 hərbçi həlak olub.

Bundan əvvəl daxili işlər nazirinin köməkçisi demişdi ki, Qraddan atılan raket atəşində 30 əsgər həlak olub.

Müdafiə nazirliyinin rəsmisi onu da bildirib ki, iyulun 10-dan bəri 23 hərbçi həlak olub, 100 hərbçi yaralanıb.

Ukrayna prezidenti Poroshenko təhlükəsizlik rəhbərləri ilə fövqəladə iclasdan sonra deyib ki, hökumət bu günki raket hücumuna məsuliyyət daşıyanları tapacaq və məhv edəcək.

XS
SM
MD
LG