Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

Qanalı azarkeşlər Braziliyadan daimi yaşayış icazəsi istəyib


Braziliyaya Dünya Kubuku yarışlarında Qana yığmasına azarkeşlik etməyə gələn 200 qanalının bir hissəsi geri qayıtmaq istəmir və Braziliyada daimi yaşayış icazəsi almaq üçün müraciət edib. Onlar Qanada dini zorakılığı əsas gətirirlər.

Qana hökuməti isə bildirir ki, onların Braziliyada sığınacaq almasına heç bir əsas yoxdur.

Frans Press yazır ki, Qana son 20 ildə Qərbi Afrikanın ən sabit ölkələrindən biridir və burda dini zorakılıqlar olması barədə məlumat yoxdur.

Ancaq sığınacaq istəyənlər məsələsi yenə diqqəti Qananın Dünya Kubukundakı problemli iştirakına cəlb etdi.

Əvvəlcə oyunçular yarışlarda iştiraka görə onlara çatacaq 3 milyon dolları yarışlar başa çatmamış və nağd şəkildə tələb etdilər, sonra isə məşqçini təhqir etdiyinə görə 2 əsas futbolçu sonuncu oyundan qabaq komandadan çıxarıldı və Qana oyunu uduzdu.

XS
SM
MD
LG