Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

Liverpool və Barcelona klubları uruqvaylı hücumçu Luis Suarezin Liverpooldan Barcelonaya keçməsinə razılaşıblar.

Barcelona bunu iyulun 11-də elan edib.

Suarez gələn həftə Barcelonaya gələcək və 5 illik müqavilə imzalaycaq.

Transferin qiyməti bildirilmir. Ancaq Britaniya mediası 100 milyon avrodan danışır.

Barcelona Suarezin əvəzində Liverpoola öz çilili hücumçusu, 32 milyon avro dəyərində qiymətləndirilən Alexis Sanchezi və 70 milyon avro vermək istəyir.

Barcelona bildirir ki, əgər Sanchez Liverpoola keçməyə razı olmasa , onda Barcelona 100 milyon avronun hamısını pulla ödəyəcək.

Suarez son dünya kubokunda vurduğu 2 qolla və italiyalı müdafiəçini dişləməyi ilə yadda qaldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG