Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:19

İcra hakimiyyətinin texnikası gəldi və...


Arxiv fotosu
Arxiv fotosu

“Torpağı Abşeron rayon İcra Hakimiyyətindən almışdım. 2 aya yaxın idi ki, üstündə ev də tikmişdim. Bir də gördüm buldozer evin qarşısındadır. Nə sənəd təqdim etdilər, nə məni dinlədilər”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Nargilə Ələkbərova övladı üçün arzu-diləklə tikdirdiyi evin başına uçurulduğunu deyir. Onun sözlərinə görə, evini Suraxanı rayon icra Hakimiyyətinin əməkdaşları uçurub:

ELƏ BİL PUSQUDA DAYANMIŞDILAR

“Torpağın hər sənədi var idi. Evi tikdiyimiz müddətdə bircə dəfə də gəlib demədilər ki, əl saxlayın. Elə bil pusquda dayanmışdılar. Üstünü örtən kimi tökülüşüb bir anın içərisində dağıtdılar”.

Nargilə Ələkbərovanın sözlərinə görə, evi sökənlər bununla bağlı hər hansı sənəd, məhkəmə qətnaməsi təqdim etməyiblər:

“Heç səbəbini şifahi şəkildə də demədilər bizə. Sökdülər, getdilər”.

İndi Nargilə Ələkbərova Suraxanı rayon İcra Hakimiyyətindən evin tikintisinə xərclədiyi 7 min manatı və başqa yerdə torpaq sahəsi ilə təmin olunmağı tələb edir:

“Kasıb adamlarıq. O evi sökənlər kimi var-dövlətimiz başımızdan aşmır ki... Onlar villa tikdirir, bizimsə gücümüz komaya çatır... Bununla belə, yenə də həyatımızı bərbad günə qoyurlar”.

İCRA HAKİMİYYƏTİ: KOMPENSASİYA OLMAYACAQ

Suraxanı rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Əkbərovlara verilmiş torpaq sahəsi onlara düzgün satılmayıb:

“O ərazilər vaxtilə Abşeron rayon İcra Hakimiyyətinə kənd təsərrüfatı üçün verilmişdi. Orada fərdi ev tikmək olmaz”.

İcra Hakimiyyətindən bildiriblər ki, sökülmüş ebə görə kompensasiya ödənilməyək. Belə əsaslandırıblar ki, tikinti işlərinə başlanılarkən Ələkbərovlara işi dayandırmaqla bağlı dəfələrlə xəbərdarlıq olunub.

Ev sahibi isə belə xəbərdarlıq almadıqlarını deyir.

Hüquqşünas Namizəd Səfərov deyir, məhkəmə qətnaməsi olmadan hər hansı tikintinin sökülməsini qanunsuzdur. O, Ələkbərovlara məhkəməyə müraciət etməyi məsləhət görür.

XS
SM
MD
LG