Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:17

Ukrayna müdafiə naziri «And»ına imza atmayıb?


-

Ötən həftə yeni təyin edilmiş müdafiə naziri Valery Heletey-lə bağlı bir məzəli olay medianın diqqət hədəfinə çevrilib. Olay Ukrayna Ali Radasında Geletey and içərkən baş verib.

Videogörüntülər əsas götürülsə, Heletey-in andiçmə mərasimi imza yerinə, sadəcə, düz xətt çəkməkdən ibarət olub.

Fotoşəkili böyüdərkən açıqca sezilir ki, nazirin əlindəki qələmin qapağı çıxarılmayıb.

Heletey-in öz imzasını yamsılaması barədə zarafatlar sosial şəbəkə və mediada yayılmağa başlayıb. İmza faktına bir anlıq inana bilərsən, amma işin əsli çox da gülməli deyil...

HELETEY NƏYİ İMZALAYIB?

Nazirin sənədə qol çəkmədiyinə inanmağın ən sadə yolu sənədin özünün göstərilməsini xahiş etməkdir. Ali Rada «Українські Новини» qəzetinin sorğusuna cavab olaraq sözügedən sənədin surətini göndərib. Beləcə, sənəddə imza olmadığı təsdiqlənib.

XS
SM
MD
LG