Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:04

Qaraçuxurda bir küçədə üfunət yaradan səbəb nədir?


Arxiv fotosu
Arxiv fotosu

“Həyətində kanalizasiya quyusunu ləğv edib. Bütün çirkab sular mənim həyətimə axırdı. Mən də həyəti bu sulardan təmizləmək üçün motor alıb qoşdum. İndi bütün çirkab suları motorla küçəyə ötürürəm”.

Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsinin sakinləri 1 aya yaxındır ki, çirkab sulardan xilas olmağın yollarını axtarırlar. Sakin Diləfruz Əliyevanın sözlərinə görə, qonşusu Turman Əliyev öz həyətində kanalizasiya quyusunu ləğv etdiytinə görə, çrikab sular geriyə - onun həyətinə axır:

“Dəfələrlə xəbərdarlıq etdim, həyətimə dəvət edib vəziyyəti göstərdim. Heç bir tədbir görmədi. Mən də məcbur olub həyətimdən suları motor vasitəsilə küçəyə axıtmalı oldum”.

"ÜFUNƏTDƏN KÜÇƏYƏ ÇIXA BİLMİRİK"

Şikayətçinin sözlərinə görə, indi qonşular onu küçəyə çirkab su axıtdığına görə qınayır.

Qonşuluqda yaşayan Azər Səlimov:

“1 aya yaxındır üfunətdən küçəyə çıxa bilmirik. Küçəmizdən keçənlərdən də utanırıq. Sanki burda insan yamaşır. Yayın cırhacırında antisanitariya, min cür həşərat, milçək, ağcaqanad baş alıb gedir”.

Başqa qonşu Tofiq Əsədov deyir, küçədəki vəziyyət burada yaşayan ailələri ev-eşiyindən də didərgin salıb:

“Bu çirkabdan canımızı qurtarmaq üçün evdə qalmırıq. Boir qohumumuzun evinə yığışmışıq. Gözləyirik ki, nə vaxtsa küçə kanalizasiya sularından təmizlənəcək, ondan sonra biz də evimizə dönəcəyik. Bu vəziyyətdə evdə qalıb xəstəlik tapmalı deyilik ki...”

Küçədə yaşayanları narazı salan isə Turman Əliyev kanalizasiya xəttini kəsməsinin səbəbini belə izah edir:

"GÖRDÜM KANALİZASİYA XƏTLƏRİ YÜKLƏNİB..."

“Burada o qədər qanunsuz evlər tikib kanalizasiya xətlərini yükləyiblər ki... Gördüm həyətdə kanalizasiya daşır, ora-bura müraciət etdim, tədbir görmədilər. Qərara aldım ki, özüm tədbir görüm. Hələtimdəki kanalizasiya quyusunu ləğv etdim”.

Suraxanı rayon İcra Hakimiyyətindən küçə sakinlərinin şikayətini əsaslı sayırlar. Qurumdan “Qaynar xətt”ə bildiriblər ki, ana xətti kəsmək qadağandır. Məsələ kanalizasiya idarəsinə çatdırılıb. İdarənin işçiləri yaxın vaxtda həmin küçədəki kanalizasiya problemini həll edəcəklər.

XS
SM
MD
LG