Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:10

Rusiya prezidentinin Latın Amerikası səfəri Kubadan başlanıb


Rusiya prezidenti Putinin Latın Amerikasına 6 günlük səfəri iyulun 11-də Kubadan başlanıb.

O, Havanada Kubanın keçmiş lideri Fidel Castro ilə görüşəcək. Rusiya Kubanın Rusiyaya 35 milyard dollarlıq borcunun 90 faizini silməlidir.

Putin daha sonra Argentinaya gedəcək. Putinin köməkçisi Ushakov deyib ki, Ukrayna böhranında Argentina və Rusiyanın mövqeləri oxşardır.

13-16 iyulda isə Putin Braziliyada BRİCS ölkələri sammitində iştirak edəcək.

O, iyulun 13-də Braziliyada Dünya Kuboku finalında Almaniya kansleri Merkellə görüşməlidir.

XS
SM
MD
LG