Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:56

Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri saxlanıb


Müsavat Partiyası Goranboy rayon Təşkilatının sədri Yusif Namazoğlunu polislər saxlayıb.

Bu haqda AzadlıqRadiosuna hazırda Goranboy Rayon Polis Şöbəsinin Yuxarı Ağcakənd bölməsində saxlanan təşkilat sədrinin özü məlumat verib.

Onun sözlərinə görə, bölməyə gətirilməsinə səbəb yol polisləri ilə mübahisə olub. Yusif Namazoğlu həmçinin bildirir ki, bölmədə polislər ona fiziki güc tətbiq ediblər:

«Həyat yoldaşımla taksidə rayondan gəlirdik. Yol Polisi taksini saxladı və sürücü ilə kobud danışmağa, daha sonra söyüş söyməyə başladı. Mən avtomobildən düşüb polisə dedim ki, qadın var deyə, söyüş söyməsin. O isə söyməkdə davam etdi. Aramızda mübahisə yarandı, məni bölməyə gətirdilər. Həmin polis kabinetində mənə hücum edib döydü. Çənəmə xəsarət yetirdi. Sonra dedi ki, guya mən ona hücum etmişəm. İndi işi müstəntiq araşdırır. Planları var ki, məni polisə müqavimət bəhanəsi ilə həbs etsinlər».

Goranboy Rayon Polis Şöbəsinin Ağcakənd Bölməsindən Yusif Namazoğlunun yol polisi ilə mübahisə etdiyini və saxlandığını təsdiqlədilər. Bölmədən bildirdilər ki, insidentlə bağlı rayon prokurorluğunun müstəntiqləri araşdırmaya başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG